Əlaqə Arxiv
news Image
2018.04.19
17:39
| A A A
Toyda adam bıçaqlayan şəxs məhkəmədə həbs edildi

Toyda adam bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi.

Movqe.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda ittiham edilən Vilayət Məmmədovun cinayət iş üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Vilayət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən Vilayət Məmmədov tanışı Roman Dəmirovu bıçaqlayıb.

Hadisə ötən il Şabran rayonunda baş verib. Birlikdə toy məclisində iştirak edən tərəflər arasında mübahisə yaranıb. Onlar şadlıq sarayından çıxaraq mübahisələrini davam etdiriblər. Mübahisə əlbəyaxa davaya çevrilib və Vilayət Məmmədov restorandan görürdüyü bıçaqla Roman Dəmirova bir zərbə endirib.

Məlumata görə, hər iki şəxs içkili olub və aralarındakı mübahisə də bundan sonra başlayıb.

R.Dəmirov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Məhkəmədə məlum olib ki, tərəflər arasında barışıq əldə edilib.

Sizin Reklam Yeriniz