Əlaqə Arxiv
news Image
2018.04.19
17:59
| A A A
"Faytonçu Nazim" həkimə uduzdu - MƏHKƏMƏ

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb. Movqe.az-ın məlumatına görə,  Binəqədi rayon Məhkəməsinin hakimi Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Hakimin qərarına əsasən, “Faytonçu Nazim”in iddiasını təmin etməyib.
 
Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb edib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Sizin Reklam Yeriniz