Əlaqə Arxiv
news Image
2018.04.24
12:19
| A A A
Azərbaycanda qadına məxsus 30 min dollar oğurlandı

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Movqe.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və  Sadıllı qəsəbəsində yaşayan A.Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.
 
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və  Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz