news Image
2018.05.17
11:48
| A A A
Saxta viza ilə Azərbaycana gələn 3 əcnəbi saxlanıldı

Mayın 15-də Dövlət Sərhəd Xidməti əməkdaşları 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan Respublikası ərazisinə gəlmək cəhdinin qarşısını alıblar.
 
 
 
DSX-nın mətbuat xidmətindəna Movqe.az-a verilən xəbərə görə, “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizalarının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olunub. 
 
 
Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il təvəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il təvəllüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verilməsi aşkar edilib. 
 
 
Araşdırma zamanı həmin şəxslərin Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyən edilib. 
 
 
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.