Əlaqə Arxiv
news Image
2018.05.18
17:37
| A A A
Bankın 4 əməkdaşı barəsində cinayət işi açıldı

"Bank Respublika" ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi açılıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (lülli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş İdarədə iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

İttihama əsasən, filialının vəzifəli şəxsləri 2014-2015-ci illərdə Azərbaycan Mərkəzi Bankının "Banklarda kredit verilməsi" qaydalarının tələblərini kobud şəkildə pozublar.

 

Sizin Reklam Yeriniz