news Image
2018.05.18
17:48
| A A A
6 minlik qızıl oğurlayan şəxs saxlanıldı

Lənkəran RPŞ əməkdaşları oğurluq faktının üstünü açıblar.

Movqe.az ARB TV-yə istinadla xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 1400 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Quldurluq etdiyinə görə tutulmuş Samir Həşimovun ətrafında Masallı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manata yaxın pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.