Əlaqə Arxiv
news Image
2018.05.21
17:38
| A A A
Bakıda bankı qarət edən şəxs "iş başında" tutuldu

Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub. DİN-dən Movqe.az-a verilən xəbərə görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz