Əlaqə Arxiv
news Image
2018.05.22
12:47
| A A A
Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb.

DGK-dan Movqe.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərindəki kəmərinin altında gömrük nəzarətindən gizlədilmiş "Samsung Galaxy J3" markalı 4 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz