Əlaqə Arxiv
news Image
2018.05.22
22:30
| A A A
CNN məktəblərdə silahlı hücum tezliyini hesablayıb

Birləşmiş Ştatlarda son 9,5 ildə məktəblərdə 250-dən çox silahlı hücum baş verib. Movqe.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu nəticə CNN telekanalının apardığı tədqiqatda öz əksini tapıb. “2009-cu ilin yanvar ayından bəri ABŞ məktəblərində azı 288 atışma baş verib. Bu, “böyük yeddiliyin” digər altı ölkəsində olduğundan 57 dəfə çoxdur”, - deyə məlumatda bildirilir.

Məsələn, Kanada və Fransada 2009-cu ilin yanvarından 2018-ci ilin mayınadək məktəb ərazisində cəmi iki, Almaniyada isə bir silahlı hücum faktı qeydə alınıb. Böyük Britaniya, İtaliya və Yaponiya məktəblərindən isə bu dövr ərzində atəş açıldığı barədə məlumat daxil olmayıb.

Bundan əlavə telekanal G7-yə daxil olmayan ölkələrlə də müqayisə aparıb: müvafiq dövr ərzində Meksikada 8, Hindistanda 5, Əfqanıstanda 3, Çin, Türkiyə və Rusiyanın hər birində isə 1 oxşar hadisə qeydə alınıb.

Sizin Reklam Yeriniz