Əlaqə Arxiv
news Image
2018.05.23
13:36
| A A A
Gizirin öldüyü qəza ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Beyləqanda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mayın 22-də saat 11 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində Astara rayon sakini Murad Muradov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və idarəetməni itirdiyindən avtomobil aşıb.

Nəticədə M.Muradov və sərnişinlərindən - həmyerlisi Toğrul Babayev hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən M. Muradov Azərbaycan Ordusunun giziridir.

Sizin Reklam Yeriniz