Əlaqə Arxiv
news Image
2018.05.23
19:43
| A A A
Bakıda söküntü zamanı ekskavator aşdı-Fotolar

Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ekskavator aşıb. Movqe.az-ın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, ekskavatorun aşması zamanı xəsarət alan olmayıb. Söküntünü aparan ekskavatorun sürücüsü texnikanı vaxtında tərk etdiyindən, onun hadisə faciəsiz ötüşüb. Xatırladaq ki, ötən gün bu ünvanda söküntü zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olmuçdu. Keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora ağacının zədələndiyi müəyyən edilmişdi. Araşdırma zamanı “Azadlıq Residence” MMC tərəfindən “Pilot Layihə” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub. Mütəxəssislər tərəfindən ərazidə atmosfer havasında ölçmə işləri aparılıb və tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz