Əlaqə Arxiv
news Image
2018.05.24
10:58
| A A A
Bakı metrosunda gənc özünü qatar yoluna atdı

Bakı metrosunda insident baş verib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov"-"İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Qurum rəsmisi qeyd edib ki, maşinistə qabaqcadan məlumat verilib və o, qatarı saxlayıb:

"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir", -deyə N.Paşayev vurğulayıb.
Sizin Reklam Yeriniz