Əlaqə Arxiv
news Image
2018.06.14
14:36
| A A A
Sahə rəisi cərimələndi

Samur-Abşeron Magistral Kanalı ərazisində anti-sanitar vəziyyət yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Sumqayıt şəhər, Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.
Daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının kanalın mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkar edilib.
Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.
Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Sizin Reklam Yeriniz