Əlaqə Arxiv
news Image
2018.06.20
15:37
| A A A
Tərtərdə evdən 7 minlik qızıl oğurlanıb
İyun ayının 1-də Tərtər rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Movqe.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə baxış keçirib, 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Faktla bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 
Davam etdirilən araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılaraq istintiqa cəlb olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Sizin Reklam Yeriniz