Əlaqə Arxiv
news Image
2018.06.21
15:18
| A A A
İmişlidə bank işçisinin avtomobili qaçırılıb

İmişli rayonunda bank işçisinin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxs tutulub. 
Bu barədə Movqe.az-a  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.
Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib.

Sizin Reklam Yeriniz