Əlaqə Arxiv
news Image
2013.04.11
11:03
| A A A
Binəqədidə döyüş sursatı aşkarlanıb

Mövqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin  mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd 100 millimetrlik top mərmisi (döyüş başlıqsız), 1 ədəd 122 millimetrlik top mərmisi (döyüş başlıqlı), 1 ədəd 82 millimetrlik minaatan mərmisi (döyüş başlıqlı) və 25 ədəd istifadəyə yararsız PQ 7 atımlarının hissələridir. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 21:50-də başa çatıb.

Sizin Reklam Yeriniz