Bakıda minik maşını yolu keçən qızın ayağını sındırdı
Yaralı qız ətrafdakıların köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb.
Mövqe.az-ın məlumatına görə, Bakının Nərimanov rayonunda gənc
qızı maşın vurub. Anspress xəbər verir ki, hadisə rayonun Azadlıq
prospektində baş verib. Müəyyən edilib ki, 25 yaşlı paytaxt
sakini Mustafayeva Ellada Tofiq
qızı həmin prospektlə yolun əks tərəfinə keçmək istəyən
zaman hərəkətdə olan "Volkswagen" markalı avtomobilin zərbəsinə tuş
gəlib.
Yaralı qız ətrafdakıların köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı Ellada Mustafayevanın sol baldır sümüyündə sınıqlar aşkar edildiyindən dərhal həkim-travmatoloqun nəzarətinə verilib. Eyni zamanda ona qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.
Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır. Avtomobilin sürücüsünün ilkin ifadəsi alınıb və o öz ifadəsində piyadanın qəfildən onun yoluna çıxdığını bildirib. Hazırda araşdırmalar davam edir.