news Image
2013.04.11
11:10
| A A A
Abituriyent namus ləkəsinə dözə bilmədi
Gənc qızı qaçıran ailəli kişi onun bakirə olmadığını deyib Beyləqan rayonunda özünü öldürmüş gənc qızın ömrünü yarıda kəsməyə vadar edən hadisənin səs-küylü məqamları ortaya çıxıb. İki gün əvvəl Yeni Mil kəndində yaşayan 22 yaşlı Nahidə Bəşirzadənin yaşadığı evdə özünü asmasının təfərrüatlarını əldə etmişik.

Milli.az hüquq-mühafizə orqanlarından gənc qızı özünü öldürməyə vadar edən səbəbi öyrənib. N.Bəşirzadə təxminən iki ay əvvəl özündən bir neçə yaş böyük olan ailəli kişi tərəfindən qaçırılıb. Qızın ailəsinin polisə şikayətindən sonra həmin qız tapılıb və geri qaytarılıb. Bakirəliyi itirilmiş olan qıza daha böyük zərbəni isə elə yenə həmin kişi vurub.

O, qızı qaçırarkən bakirə olmadığını deyib. Bundan sonra sarsıntı keçirən N.Bəşirzadə özünü asıb.

Orta məktəbi qurtaran Nahidə ailə məktəbə hazırlaşırmış. Onu qaçıran şəxs isə qardaşına məxsus tikinti materialları mağazasında işləyir.

Beyləqan Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, N.Bəşirzadənin özünə qəsd etməsinə keçirdiyi sarsıntı səbəb ola bilər. Prokurorluq qızın qoşulub qaçması və sonradan geri qaytarılmasını təsdiqləsə də, onun bakirəliyinin itirilməsi, qaçırılması və digər qaranlıq məqamlara istintaqın gedişində aydınlıq gətiriləcəyi deyildi.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.