Əlaqə Arxiv
news Image
2013.04.11
12:11
| A A A
Azərbaycanda iş adamı özünü güllələdi
Onun meyidi yoldan keçən şəxslər tərəfindən aşkar edilib Aprelin 10-da axşam saatlarında Abşeron rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.

Abşeron rayon Polis Şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində, yolun kənarında 1974-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Barat oğlu özünü "Vinçester" markalı odlu silahla güllələyərək intihar edib. B.Məmmədov özünə məxsus 90 RA 353 dövlət qeydiyyat nişanlı "AUDİ Q-7" markalı avtomobildə həyatına qəsd edib. Onun meyidi yoldan keçən şəxslər tərəfindən aşkar edilib.

Məlumata görə, intihar etmiş B.Məmmədov iş adamıdır və biznes fəaliyyəti ilə məşğul olurmuş.
Sizin Reklam Yeriniz