Əlaqə Arxiv
news Image
2018.07.18
11:12
| A A A
Körpəni asan dayə azadlıqda qaldı

ABŞ-ın Minnesto ştatında azyaşlını asan dayə azadlıqda qalıb.

Movqe.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "The Star Tribune" nəşri məlumat yayıb. 

Ukrayna əsilli Nataliya Kariya cinayətini etiraf edib. Ona 10 ay müddətinə şərti cəza kəsilib və psixoloji müalicəyə cəlb olunub. 

Məhkəmə qadına həbs cəzası verməyib, çünki ekspertiza onun yenidən bu cinayəti törətməyə meyilli olmadığını bildirib. 

 

Məlumatlara görə, 2016-cı ilin noyabrında Kariyanın müştərilərindən biri üç yaşlı qızını onun yanına qoymaq üçün dayənin evinə gəlib. Dayə həmin şəxsə "pis iş" gördüyünü deyib. Bu zaman içəridən ağlayan uşaq səsi gəlib. Gələn şəxs yuxarı mərtəbədə azyaşlının asıldığını görüb. Uşaq xəstəxanaya çatıdırılıb və onun həyatını xilas etmək mümkün olub. 

Dayə isə qaçmağa çalışsa da, əvvəlcə qəza törədib, daha sonra özünü körpüdən atmaq istəyib. Ancaq polislər onu yaxalaya biliblər.

İstintaq zamanı qadın məişət zorakılığından əziyyət çəkdiyini deyib. O, 2006-cı ildə uşaqları ilə birlikdə ABŞ-da yaşayan həyat yoldaşının yanına gəlib. O gündən kişi Kariya və uşaqlarını döyüb, təhqir və təhdid edib. 

Sizin Reklam Yeriniz