Əlaqə Arxiv
news Image
2018.07.20
19:40
| A A A
Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət içi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb. Bir neçə ay qazanc versə də, sonradan vədinə əməl etməyib.

Digər zərərçəkmişlər Xalidə Quliyeva və Ayrən Quliyeva da eyni məqsədlə S.Abbasova pul veriblər.

Elan olunmuş ittiham üzrə S.Abbasov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərdən Xalidə Quliyeva və Aytən Quliyevadan aldığı pulları təsdiqləyib. Amma Azər Cəlilovdan qeyd edilən qədər məbləğdə pul almadığını deyib.

 

O söyləyib ki, zərərçəkmiş A.Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.

Məhkəmədə məlum olub ki, S.Abbasov zərərçəkmiş A.Quliyeva ilə ailə həyatı quracaqmış.

Ailəli olan S.Abbasov A.Quliyevaya vəd verib ki, boşandıqdan sonra onunla evlənəcək. Hətta bu məqsədlə A.Quliyevanın anası ilə də tanış olub.

S.Abbasov ifadəsində deyib ki, A.Quliyevadan iş qurmaq adı ilə pul alarkən onu aldatmayıb.

S.Abbasov Cinayət Məcələsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

O, daha əvvəllər də məhkumluq həyatı yaşayıb

Sizin Reklam Yeriniz