Əlaqə Arxiv
news Image
2018.07.23
17:18
| A A A
Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlı imiş

Bu gün səhər saatlarında Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edərkən polis tərəfindən qətlə yetirilmiş şəxsin kimliyi müəyyən olunub. 

Movqe.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs 20 yaşlı Nazim Quzanovdur. 

N. Quzanova atəş açmış polis əməkdaşı saxlanılıb.

Gürcüstanın Baş prokurorluğu insidentlə bağlı istintaqa başlayıb. 

 

N. Quzanov əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb. 

Qeyd edək ki, Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşlarına təslim olmayaraq, onlara fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.

 

Sizin Reklam Yeriniz