news Image
2018.08.12
16:49
| A A A
Gəncədə piyada ölümü

 Gəncə şəhərində piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü Baxşıyeva Sahilə Zabit qızını "VAZ-2106" markalı avtomobillə vurub öldürən sürücü Əfqan Əliyev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma davam edir.