Əlaqə Arxiv
news Image
2018.08.16
12:57
| A A A
İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Gülər Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Movqe.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 29-na təyin edilib.
Qeyd edək ki, G.Məmmədova Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirli bilinib və barəsində cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü G.Məmmədova saxlanılıb.
Onun Azərbaycan Respublikası vətəndaşı olan 2 qadını Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.
G.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sizin Reklam Yeriniz