Əlaqə Arxiv
news Image
2018.08.16
17:11
| A A A
Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri qəzaya düşüb. 

Movqe.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Şirak vilayətinin Artik şəhərində baş verib. Belə ki, 21 yaşlı Yevqeniy Kolesniçenkonun idarə etdiyi “ZİL 131” markalı hərbi yük maşını məlum olmayan səbəbdən aşıb.
Hadisə yerinə gələn xilasedicilər Rusiya hərbçiləri Yevqeniy Kolesniçenko və 23 yaşlı Andrey Kostokovu yük maşınından çıxarıblar. Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar. Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına məlumat verilib

Sizin Reklam Yeriniz