Əlaqə Arxiv
news Image
2018.08.24
09:00
| A A A
Nəşə çəkəndə tutuldu, İnstagram-da məşhurlaşdı - FOTO

19 yaşlı Marşala Perkins adi tələbə idi və İnstagram-dakı profili də milyonlarla qızın profilindən heç nə ilə fərqlənmirdi.

Movqe.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində yaşayan Marşala Texas Universitetində təhsil alır, üstəlik də məşhur olmağa çalışan videobloqerdir.

Onun populyarlaşdıran isə Hyuston şəhər polis departamentinin Facebook səhifəsində fotosunun dərc olunmasıdır.

Axşam saatlarında maşınında gəzintiyə çıxan Marşala elə sükan arxasında nəşə çəkib. Təxminən 10 dəqiqə sonra onu polis saxlayıb. Marşalanın sənədləri qaydasında olsa da, polislər avtomobildən kəskin marixuana iyinin gəldiyinin fərqinə varıblar.

Maşında axtarış edən polislər salonda nəşə tapıblar.

Marşala polis idarəsinə aparılıb, ertəsi gün buraxılıb. Fəqət, onun fotosunun Facebookda paylaşılması qızı məşhurlaşdırıb.

Marşalanı indi məhbus olanda fotoları ilə məşhurlaşan Ceremi Mikslə müqayisə edirlər.

Sosial şəbəkə istifadəçiləri Marşalanın makiyajını çox bəyənirlər.

Sizin Reklam Yeriniz