Əlaqə Arxiv
news Image
2018.09.06
18:15
| A A A
Bakıda ustaya kömək edən ev sahibini elektrik vurub öldürdü

Bakıda bədbəxt hadisə baş verib.

Movqe.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 4a, mənzil 6-da baş verib.

Ev sahibi, 1974-cü il təvəllüdlü Xəlilov Samir İsrafil oğlu yaşadığı mənzilin eyvanında aparılan təmir işləri ilə bağlı qaynaqçı Əliyev Rafiq İsmixan oğluna kömək edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

S.Xəlilov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz