Əlaqə Arxiv
news Image
2018.09.14
17:47
| A A A
BALAKƏNDƏ 25 YAŞLI QADINI AVTOMOBİL VURUB

Balakən rayonunda 25 yaşlı qadını avtomobil vurub.

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. 

Belə ki, Balakən şəhər sakini, 1993-cü il təvəllüdlü Sevər Mehman qızı Mirzəyeva yolu keçmək istəyərkən “VAZ-21074” markalı minik avtomobili vurub. Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ körpücük sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz