Əlaqə Arxiv
news Image
2018.09.15
16:47
| A A A
İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdi

İsmayıllı rayonunda naməlum şəxs və ya şəxslərin həyətlərə girərək, qadınların alt paltarını oğurlaması faktına görə iki nəfər saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, məsələ barədə sakinlər tərəfindən hüquq-mühafizə orqanlarına iki müraciət daxil olub.

Birinci fakt üzrə saxlanılan Ceyhun Nəcəfov adlı şəxsin ruhi xəstə olduğu müəyyənləşib.

Digər müraciət isə həyətlərə kiminsə girməsi barədə rayonun Hacıhətəmli kənd sakini Zaur Şirəliyev tərəfindən olub.

Araşdırma nəticəsində kənd sakininin sərxoş olduğu ortaya çıxıb. Onun həyətə kiminsə girməsi barədə verdiyi məlumatın yanlış olduğu müəyyənləşib. Yəni, polisə bilərəkdən səhv məlumat verilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir səbəb yoxdur. Son günlər məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olmayıb.

Sizin Reklam Yeriniz