Əlaqə Arxiv
news Image
2018.09.16
19:36
| A A A
GÖYGÖLDƏ 17 YAŞLI GƏNC ATASINI QƏTLƏ YETİRİB

Göygöl rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Ramil Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz