Əlaqə Arxiv
news Image
2018.09.17
16:12
| A A A
Rusiya Malayziya təyyarəsinin vurulmasında Kiyevi ittiham etdi

Rusiyanın Müdafiə Nazirliyi 298 nəfərin ölümü ilə nəticələnən Boeing-777 təyyarəsinin vurulmasında Ukraynanı ittiham edib.

 
Nazirlik Malayziyaya aid olan sərnişin təyyarəsinin Ukrayna istehsalı olan raketlə vurulduğuna dair sənədlər təqdim edib.
“Raket Dolqoprudnıy Maşın İstehsalat Birliyində 1986-cı ildə istehsal olunub. Raketin istehsalçı tərəfindən verilən unikal zavod seriya nömrəsi – 8720-dir” - Silahlı Qüvvələrin əsas raket artilleriya şöbəsinin rəhbəri Nikolay Parşin jurnalistlərə bildirib.
 
Onun sözlərinə görə raket istehsalatdan sonra Ukrayna SSR-də yerləşən hərbi hissəyə göndərilib.
Parşin bunu təsdiq edən qəbul aktını jurnalistlərə təqdim edib.
 
Onun sözlərinə görə raketin seriya nömrəsi tapılmış qalıqlarına görə təyin olunub.
Parşin raketin göndərildiyi hərbi hissədə BUK Zenit Raket Kompleksinin olduğu və SSRİ-nin dağılmasından sonra bu briqadanın Ukrayna ordusunun tərkibinə qatıldığını söyləyib.
 
O, bu hərbi hissənin Donbasda keçirilən antiterror əməliyyatlarında da iştirak etdiyinə də diqqət çəkib. Qeyd edək ki, Ukrayna münaqişəli bölgələrinə yaxın hava sərhədində vurulan Boeing-777 sərnişin təyyarəsinə görə təyin olunmuş beynəlxalq ekspertlər bu işdə Rusiyanı günahlandırıb. Onlar bu raketin Rusiya istehsalı olduğunu və onun Donbasdan atıldığını aydınlaşdırıblar.(Modern.az )

Sizin Reklam Yeriniz