Əlaqə Arxiv
news Image
2018.09.17
16:29
| A A A
13 kq marixuana, 2 kq heroin, 6 kq tiryəkə 10 il həbs cəzası

Külli miqdarda narkotik vasitə saxlamaqda və satmaqda təqsirləndirilən şəxsə hökm oxunub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə satışında təqsirləndirilən 1984-cü il təvəllüdlü Şükürov Taleh Əmiraslan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Taleh Şükürov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, T.Şükürov satış məqsədi ilə 13 kiloqram marixuana, 2 kiloqram heroin, 6 kiloqram tiryək əldə edib. Narkotik vasitələr onun kirayədə yaşadığı mənzildə aşkar edilib.

T.Şükürov həmçinin narkotik vasitə istifadəsində də ittiham edilib.

Məhkəmədə məlum olub ki, T.Şükürov daha əvvəl də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

 

Sizin Reklam Yeriniz