Əlaqə Arxiv
news Image
2018.09.25
14:37
| A A A
Model zorlanmamaq üçün özünü binadan atdı - FOTO

Zorlanmamaq və ölümdən xilas olmaq üçün 6-cı mərtəbənin eyvanından özünü atan model saxlanılıb.

Movqe.az milli.az-a istinadla xəbər verir ki, Yekaterina Stetsyuk adlı 23 yaşlı model müdirinin təcavüzünə məruz qalsa da, saxlanılan tərəf o olub.

Model yarıçılpaq halda özünü eyvandan atıb. Onun onurğası qırılıb.

Dubayda təcavüzə məruz qalan Yekaterinə müdirinin əlindən qaçmaq istəyərkən onu bıçaqla hədələdiyinə görə xəstəxanadan birbaşa polis bölməsinə aparılıb.

 

Model saxlanılarkən bildirib ki, burada qanun daim kişilərin tərəfindədir.

O, azadlığa buraxılandan sonra ilk dəfə mətbuata açıqlama verib.

"Müsəlman ölkəsində qanun kişilərin tərəfindədir. Mən günahsız olduğum halda məni həbsxanaya saldılar. Əlil arabasında apardılar məni həbsxanaya. Sadəcə, barmaqlarımı tərpədə bilirdim".

Sizin Reklam Yeriniz