Əlaqə Arxiv
news Image
2018.10.12
10:48
| A A A
Avtomobil sürən modelin boynuna güllə girdi - Vəziyyəti ağırdır - FOTO

Model avtomobil idarə edərkən başına güllə dəyib.

Movqe.az milli.az-a-a istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatında yaşayan model Kelsi Kveyl(Kelsey Quayle) avtomobil idarə edərkən naməlum şəxs atəş açıb.

Boynundan güllə yarası alan model avtomobilin idarəetməsini itirib və nəticədə zəncirvari qəza baş verib. Onun avtomobili digər iki avtomobilə çırpılıb.

Model hazırda xəstəxanada müalicə alır. Komaya düşən Kelsinin vəziyyəti ağırdır. Həkimlərin dediyinə görə artıq onun beyni fəaliyyətini dayandırıb.

 

Atəşin kimsə tərəfindən qəsdən açılması və ya təsadüfən modelə dəyməsi barədə şübhələr var.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Sizin Reklam Yeriniz