news Image
2018.10.12
11:58
| A A A
Bakıda tanışından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Movqe.az-ın report-a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək, ondan 15 min manat pul tələb ediblər.

İttiham aktına əsasən, zərərçəkmiş S.Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib və bu barədə tanışları E.Mərdanovla E.Hüseynova deyib. Lakin o, qonşusuna bu barədə heç nə deməməyi xahiş edib.

Daha sonra həmin şəxslər S.Salayevə onun dediyi sözü qonşusuna deyəcəkləri ilə bağlı hədələyiblər və ondan 15 min manat pul tələb ediblər.

S.Salayev əvvəl E.Mərdanovla E.Hüseynova 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib.

S.Salayev həmin şəxlərlə növbəti görüşdə 2000 dollar pul verib. Bu zamam hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb.

Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.