Əlaqə Arxiv
news Image
2018.10.16
13:19
| A A A
Axtarışda olan 37 nəfər saxlanıldı

Oktyabrın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən erilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz