Əlaqə Arxiv
news Image
2018.10.23
14:34
| A A A
Prokurorluğunun sabiq əməkdaşına hökm oxundu

Xətai Rayon Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Nazim Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. 

Sizin Reklam Yeriniz