Əlaqə Arxiv
news Image
2013.04.22
11:43
| A A A
İranlı aradan çıxdı, azərbaycanlılar həbsxanaya göndərildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Şahbaz Həmidov və Cavid Kazımovun cinayət işi üzrə məhkəmə başa çatıb. Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs olunublar. Hər iki şəxs və hazırda şəxsiyyəti istintaqla araşdırılan Abuzər adlı İran vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər.
Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanıblar, onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülüb.

Məhkəmənin hökmü ilə Ş.Həmidov 13 il, C. Kazımov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sizin Reklam Yeriniz