Əlaqə Arxiv
news Image
2018.11.12
20:02
| A A A
Qəbələdə mağazadan 2000 manat pul oğurlanıb

Qəbələ rayonunda mağazadan 2000 manat pul oğurlanıb. 

Bu barədə Movqe.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, noyabrın 11-nə keçən gecə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində mağazaların birindən 2000 manat pul oğurlanıb.

Qəbələ rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuşlar Cavidan Məhiyəddinli və Nemət Alcanov saxlanılıblar.

Sizin Reklam Yeriniz