Əlaqə Arxiv
news Image
2018.11.13
17:05
| A A A
Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Movqe.az-a bildirilib ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündə narkotik vasitələr aşkarlanıb.

Belə ki, onun əynindəki gödəkcənin sağ iç cibindəki kağız bükülünün içərisindən, ümumi çəkisi 1,512 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən, təmiz çəkisi 3,957 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,310 qram təşkil edən, narkotik vasitə olan - həşiş qətranı aşkar edilib.

Faktla bağla araşdırma aparılır.

Sizin Reklam Yeriniz