Əlaqə Arxiv
news Image
2018.11.14
14:49
| A A A
Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, noyabrın 13-də saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əzizov orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz