Əlaqə Arxiv
news Image
2013.04.22
18:22
| A A A
Tənha meşədə 9 nəfərin təcavüzünə məruz qaldı

Movqe.az xəbər verir ki, Sakit okean ölkəsi Papua Yeni Qvineyada iqlim dəyişikliyinin ekzotik quşlar üzərindəki təsirlərini araşdıran 32 yaşlı Amerikalı alim, meşədə doqquz nəfərlik qrupun təcavüzünə məruz qalıb. Dəhşətli hadisə, ötən cümə günü Madanq əyalətinə yaxın Karkar Adasındakı tənha meşədə meydana gəlib. Adı gizli tutulan alim əri və bir rəhbərlə gəzərkən əlində tüfəng və bıçaq olan doqquz nəfərin hücumuna məruz qalıb. Təcavüzkarlar, alimin ərini və rəhbərin üstlərini çıxarıb ağaca bağlayıb. Daha sonra da əllərini bağladıqları qadına təxminən 20 dəqiqə boyunca təcavüz edib. Polis spikeri hücumu təsdiqləyərək, "Hələlik məlumat verə bilmərik. Çox ciddi bir hadisədir"deyib.

Sizin Reklam Yeriniz