Əlaqə Arxiv
news Image
2018.11.16
13:23
| A A A
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. 

Movqe.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məlumata görə, Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Təxminən 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".

12:29

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sizin Reklam Yeriniz