Əlaqə Arxiv
news Image
2018.11.18
13:35
| A A A
Azərbaycanda yolun ortasına çıxan at dəhşətli qəzaya səbəb oldu
Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Balakən şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Səməd Hacımağam oğlu Çöpçüyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən gözlənilmədən yola çıxan atı vurub. Qəza zamanı sürücü S. Çöpçüyev və avtomobildə olan sərnişin - rayonun Qaysa kənd sakini Ramazan Məhəmməd oğlu Oynağanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirlib ki, yaralılardan R. Oynağanovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirlib. R. Oynağanova qapalı kəllə-beyin travması, baş beyin əziyi və burun sümüklərinin aşaq sınığı diaqnozu qoyulub. S. Çöpçüyevin xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz