Əlaqə Arxiv
news Image
2018.11.18
15:32
| A A A
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz