Əlaqə Arxiv
news Image
2018.11.19
11:03
| A A A
Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Abşeron rayonunda qoca kişi özünü bıçaqlayaraq öldürüb. 

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, əslən həmin qəsəbədə yaşayan, 1935-ci il təvəllüdlü Vəli İsmayılov yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib. 

Bu barədə hüquq mühafisə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 83 yaşlı kişi bir müddət əvvəl oğlu və gəlini ilə bir yerdə yaşayıb. Yaxınları bildirib ki, son vaxtlarda kişinin psixoloji problemi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz