Əlaqə Arxiv
news Image
2018.11.19
12:58
| A A A
Bərdədə yol qəzası olub, xəsarət alanlar var
Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "VAZ-2107" markalı avtomobil toqquşub. 

Hadisə nəticəsində iki nəfər, Ağcabədi rayon sakinləri - 1968-cu il təvəllüdlü Böyükağa Ağakişiyev və 1989-cu il təvəllüdlü Sənan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Sizin Reklam Yeriniz