Əlaqə Arxiv
news Image
2018.11.20
11:28
| A A A
Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var - FOTO - VİDEO-YENİLƏNİB

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin - 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızının və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun cəsədləri tapılaraq çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a bildiriblər ki, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından ümumilikdə 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

 

11:10

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan dahaikinəfərin meyiti çıxarılıb.

Movqe.az Report-a istinadən xəbər verir ki, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlıl oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.

Axtarışlar davam etdirilir.

 

09:45

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

Movqe.az Report-a istinadən xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

09:01

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. 

Movqe.az Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 

 

07:51

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Movqe.az Report-a istinadən xəbər verir ki,  hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz