Əlaqə Arxiv
news Image
2018.12.06
15:46
| A A A
Azərbaycana gələn şəxsin bağırsağından 200 qram heroin çıxdı

Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanılıb.
Movqe.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından ölkəmizə gələn İİR vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.

Sizin Reklam Yeriniz