Əlaqə Arxiv
news Image
2018.12.09
14:52
| A A A
Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Sizin Reklam Yeriniz